Ərdoğan: "Türkiyə İŞİD, PKK və PYD-nin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyata başlayıb"

Ərdoğan: "Türkiyə İŞİD, PKK və PYD-nin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyata başlayıb" "Bu gün səhər saat 4-də İŞİD və Suriya kürdlərinin yaratdığı təhlükənin aradan qaldırılması üçün Suriyanın şimalında hərbi əməliyyat başlamışıq"
Region
24 Avqust , 2016 14:00
Ərdoğan: Türkiyə İŞİD, PKK və PYD-nin yaratdığı təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyata başlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ "Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Fırat Kalkanı" hərbi əməliyyatı İŞİD, PKK və onun Suriyadakı qolu olan PYD terror təşkilatlarının yaratdığı təhlükənin aradan qaldırılması məqsədi daşıyır".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İŞİD, PKK və onun Suriyadakı qolu olan PYD terror təşkilatlarının yaratdığı təhlükənin aradan qaldırılması üçün bu gün səhər saat 4-də Suriyanın şimalında hərbi əməliyyat başlamışıq", - deyə o, vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, rəsmi Ankara Suriyanın sərhəd ərazilərdən Türkiyə ərazisinə hücumlara son qoymaq niyyətindədir. Onun sözlərinə görə, əməliyyat təhlükə aradan qaldırılan kimi başa çatacaq.

Son xəbərlər

Orphus sistemi