Yuxarı

Ərdoğan: "Türkiyə hərbçiləri Şimali İraqı tərk etsə, İŞİD bölgəni nəzarət altına alacaq"

Türkiyə-İraq gərginliyinə həsr olunan BMT Təhlükəsizlik Şurası ərəfəsində Obama-Ərdoğan danışıqı olub

Bakı. 20 dekabr. REPORT.AZ/ "Türkiyə hərbçiləri Şimali İraqı tərk etsə, İŞİD terrorçuları bölgəni dərhal nəzarət altına alacaq. Biz İraqlılar istədiyi üçün oradayıq. Bir təfərdən terrorçularla mübarizə aparmağımızı, digər yandan isə Şimali İraqı tərk etməyimizi istəyirlər".

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ prezidenti Barak Obama ilə telefon danışığı zamanı səsləndirib.

Türkiyə-İraq gərginliyinə həsr olunan BMT Təhlükəsizlik Şurasının iclası ərəfəsində baş tutan söhbət zamanı Obama qeyd edib ki, "iraqlılar son hadisələri milli qürur məsələsinə çeviriblər".

Ağ Ev başçısı bildirib ki, rəsmi Ankara Bağdad höküməti ilə danışıqlar aparmalıdır və ancaq ondan sonra hərbçiləri `Başika` hərbi bazasına qaytarmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi