Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi" - VİDEO

Ərdoğan: "Türkiyə bütün dünyaya demokratiya dərsi verdi" - VİDEO Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində qazanılan qələbə münasibəti ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahının eyvanından qələbə nitqi ilə çıxış edib.
Region
25 İyun , 2018 04:58
Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi - VİDEO

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gecə saatlarında ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində qazanılan qələbə münasibəti ilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahının eyvanından qələbə nitqi ilə çıxış edib.

“Report” xəbər verir ki, İstanbuldan Ankaraya təyyarə ilə gələn Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə paytaxtında vətəndaşlar tərəfindən sevgi ilə qarşılanıb.

Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb.

Dövlət başçısı İstanbulda da Türkiyə xalqına müraciət ünvanlayıb. Səsvermədə iştirak edən bütün vətəndaşlara təşəkkürünü ifadə edən Türkiyə prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib.

Son xəbərlər

Orphus sistemi