Yuxarı

​Ərdoğan Türkiyə Böyük Millət Məclisinə gəlib

Türkiyə prezidenti deputatlar qarşısında çıxış edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) gəlib. 

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısını TBMM sədri İsmayıl Qəhrəman qarşılayıb.

Qarşılanma mərasimində bir sıra rəsmi şəxslər iştirak ediblər.

Ərdoğan TBMM sədri ilə görüşündən sonra Fətullahçı Terrorçu Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi zamanı parlament binasının bombalanan hissələrinə baxacaq. Bundan sonra prezident deputatlar qarşısında çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi