Yuxarı

Ərdoğan: "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa hazırıq"

Türkiyə prezidenti Rusiyaya səfərindən əvvəl TASS agentliyinə müsahibə verib

Bakı. 8 avqust. REPORT.AZ/ "Türkiyə "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa, layihə ilə bağlı müzakirələr aparmağa və qərarlar qəbul etməyə hazırdır. Buna mane olan heç nə yoxdur".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl TASS agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ən çox Rusiyadan təbii qaz alacaq: "2016-cı il iyul ayının sonlarına olan məlumata görə, Rusiyadan idxal edilən təbii qazın həcmi 12,5 milyard kubmetr təşkil edib. Bu, sözügedən sahədə Türkiyənin necə mühüm iqtisadi tərəfdaş olduğunu göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi