Yuxarı
    Bağlamaq

    Ərdoğan: Terrorçularla mübarizə davam edəcək

    Şəhidlərin ruhu mübarizə əzmimizi daha da gücləndirir

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, terrorçularla mübarizə davam edəcək.

    “Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, prezident sarayında keçirilən tədbirdə çıxış edən Ərdoğan bildirib ki, PKK terrorçularına qarşı əməliyyatlar Türkiyə sərhədlərindən kənarda da keçirilir.

    “Əfsuslar olsun ki, bayram günlərində də şəhid verdik. Ancaq əmin olun ki, şəhidlərin ruhu mübarizə əzmimizi daha da gücləndirir”, - deyən Ərdoğan, PKK-ya dəstək verən insanların sayının azaldığını da vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi