Ərdoğan: "Terror qruplaşmalarının əlində onların silahını görəndə məyus oluruq"

Ərdoğan: "Terror qruplaşmalarının əlində onların silahını görəndə məyus oluruq" "Əsədlə birlikdə bəlkə görüləsi müvvəqəti işlər ola bilər"
Region
24 Sentyabr , 2015 11:44
Ərdoğan: Terror qruplaşmalarının əlində onların silahını görəndə məyus oluruq

Bakı. 24 sentyabr. REPORT.AZ/ ""İŞİD, "YPG" ("Xalqı Müdafiə Bilriyi"), "PYD" ("Demokratik Birlik Partiyası") - bunlar terrorçu qruplaşmalardır. Biz bu terror qruplaşmalarının əlində onların (ABŞ və onun qərbli müttəfiqlərini nəzrədə tutur - "Report") silahını görəndə məyus oluruq. Hörmətli baş nazirin bu məsələlərlə bağlı müzakirələri olacaq".

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bayram namazından sonra ABŞ-ın terrorçu PKK-nın qolları olan "YPG" və "PYD" kimi qruplaşmaları dəstəkləməsi ilə bağlı sualı cavablandırarkən deyib.

Türkiyə lideri Moskva səfəri və Rusiya prezidenti Vladimir Putinlə danışıqları ilə bağlı suallara cavabında deyib: "Suriya və ətraf ölkələrdə baş verən hadisələrdən danışdıq. Rusiyanın Suriyaya baxışında bir qətiyyət yoxdur. Xarici işlər nazirlərimizin bu istiqamətdə fəaliyyət göstərməsindən danışdıq. Rusiya, İran, ABŞ və Türkiyənin iştirakı ilə fəaliyyət göstərilməsini istədik. Bu məsələdə Bəşşar Əsədsiz bir proses getməlidir. Bəlkə Əsədlə birlikdə görüləsi müvvəqəti işlər ola bilər. Ancaq Suriyanın gələcəyində Əsədin olması, 350 min insanın ölmünə səbəb olan birini qəbul etmək mümkün deyil.

Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik.

Rusiya və İranın Əsədi dəstəkləməsinin gizli olmadığını Putinə söylədim. Əsəd özünə Suriyada Dəməşq, Hama və Humus şəhərlərindən ibarət bir köşk qurmaq istəyir. Ölkədəki güclər buna icazə verərlərmi?!

Biz Suriyanı ortaq olaraq görürük. Biz təhlükəsiz bölgə istəyirik. Türkiyədə 2 milyon qaçqın var. Bu insanlar ölkələrinə dönməyi tələb edirlər".

Xatırladaq ki, Ərdoğan sentyabrın 23-də Moskva Cümə məscidinin açılışında iştirak edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu isə terrora qarşı mübarizə sammitində iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Son xəbərlər

Orphus sistemi