Yuxarı

Ərdoğan: "Terror aktı ilə əlaqədar 20-yə yaxın İŞİD üzvü həbsdədir"

Son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir

Bakı. 2 iyul. REPORT.AZ/ İŞİD terror təşkilatının təqribən 20 üzvü İstanbul hava limanında törədilən terror aktı ilə əlaqədar həbsdədir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters"ə bildirib.

İyunun 28-də İstanbulun "Atatürk" Hava Limanının beynəlxalq terminalında üç partlayış baş verib. Terror aktı nəticəsində 19-u əcnəbi olmaqla 44 nəfər həyatını itirib, 239 nəfər yaralanıb.

"Əldə edilən son məlumatlar bunun arxasında İŞİD-in durduğunu göstərir", — deyə Ərdoğan qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi