Ərdoğan: Suriyada hakimiyyət mütləq dəyişməlidir

Ərdoğan: Suriyada hakimiyyət mütləq dəyişməlidir Türkiyə və Rusiya prezidentləri Antalyada görüşüblər
Region
16 Noyabr , 2015 07:24
Ərdoğan: Suriyada hakimiyyət mütləq dəyişməlidir

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gecə Antalyada Rusiya prezidenti Vladimir Putinlə görüşən Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan bildirib ki, Suriyada Bəşər Əsəd hakimiyyəti dəyişməsə regionda problemlər artacaq.

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Bakı saatı ilə 02.20-də başlayan görüş zamanı Türkiyə prezidenti bəyan edib ki, Suriyada hakimiyyətə "xalqın istədiyi şəxs gəlməlidir".

Onun sözlərinə görə, Hələb şəhəri ətrafında hazırda baş verən döyüşlər bölgədə yeni miqrant dalğası yaradacaq. "Sabitliyə nail olmaq və miqrant problemini həll etmək üçün Suriyada yeni siyasi rejim formalaşmalıdır. Bu şərtdir", - deyə Ərdoğan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi