Ərdoğan: Suriya və İraqda yaşanan xaos qonşu ölkələrə mənfi təsir edir

Ərdoğan: Suriya və İraqda yaşanan xaos qonşu ölkələrə mənfi təsir edir ürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranlı həmkarı Həsən Ruhaniyə zəng edib
Region
5 Avqust , 2015 21:51
Ərdoğan: Suriya və İraqda yaşanan xaos qonşu ölkələrə mənfi təsir edir

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İranlı həmkarı Həsən Ruhaniyə zəng edib. "Report"un NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin dövlət başçısı həmkarını rəsmi Ankaranın İŞİD və PKK təşkilatlarına qarşı mövqeyi ilə bağlı məlumatlandırıb.

Ərdoğan bildirib ki, Suriya və İraqda yaşanan xaos qonşu ölkələrə mənfi təsir edir.

Onun sözlərinə görə, Türkiyə terror təhlükəsinə qarşı etinasız qalmayacaq və özünü müdafiə edəcək.

Həsən Ruhani isə öz növbəsində Türkiyədə yaşanan son terror aktlarından narahatlığını dilə gətirib, ölənlərin ailələrinə baş sağlığı diləyib.

Son xəbərlər

Orphus sistemi