Yuxarı
    Bağlamaq

    Ərdoğan: "Silahlı Qüvvələr və Milli Kəşfiyyat Təşkilatı ölkə prezidentinin tabeliyinə verilməlidir"

    Hərbi komandanlıqların isə nazirliklərin sərəncamına verilməsini istəyirik

    Bakı. 28 iyul. REPORT.AZ/ "Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı və Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkə prezidentinin tabeliyinə verilməlidir". 

    "Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədəki Prezident Administrasiyasında ölkə parlamentinin sədri (TBMM) İsmail Kahramanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. 

    "Hərbi komandanlıqların isə Milli Müdafiə Nazirliyinin sərəncamına verilməsini istəyirik", - deyə dövlət başçısı söyləyib. 

    Qeyd edək ki, artıq Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi