​Türkiyə prezidenti erməni həmkarını ölkəsinə dəvət edib

​Türkiyə prezidenti erməni həmkarını ölkəsinə dəvət edib Dəvət Qallipoli əməliyyatının 100 illiyi münasibəti ilə göndərilib
Region
16 Yanvar , 2015 23:01
​Türkiyə prezidenti erməni həmkarını ölkəsinə dəvət edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanı Birinci Dünya müharibəsi zamanı Qallipolidə hərbi əməliyyatların başlanmasının yüz illiyi münasibəti ilə keçiriləcək təntənəli tədbirə dəvət edib.

"Report" Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, aprelin sonları keçiriləcək tədbirin tarixi Anadolu ermənilərinin qondarma "soyqırımı günü" ilə eyni vaxta təsadüf edir.

Yüzdən artıq dünya liderinin dəvət olunduğu tədbir Dardanel boğazı sahillərində yerləşən Çanaqqala şəhəri ətrafında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi