Ərdoğan: Rusiya və Türkiyə İdlib problemini birgə həll edəcək

Ərdoğan: Rusiya və Türkiyə İdlib problemini birgə həll edəcək Bakı. 17 sentyabr. REPORT.AZ/ Rusiya və Türkiyə Suriyanın İdlib əyalətindəki terrorçuların yox edilməsi üçün birgə səy göstərəcək.
Region
17 Sentyabr , 2018 22:45
Ərdoğan: Rusiya və Türkiyə İdlib problemini birgə həll edəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Rusiya və Türkiyə Suriyanın İdlib əyalətindəki terrorçuların yox edilməsi üçün birgə səy göstərəcək".

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra deyib.

"Cənab Putin ilə danışıqlar zamanı biz razılığa gəldik ki, İdlib məsələsini həll etmək, Suriya müxalifətinin nəzarəti altında olan əraziləri hərbsizləşdirmək lazımdır. Bu ərazilərə nəzarət edən müxalifət orada qalacaq, lakin eyni zamanda biz Rusiya ilə bütün radikal qrupların bu ərazilərdən kənarlaşdırılması istiqamətində birgə səy göstərəcəyik", - deyə Ərdoğan bildirib.

Son xəbərlər

Orphus sistemi