Ərdoğan: "Rusiya S400 komplekslərinin alınmasında gözləntilərimizə cavab verdi"

Ərdoğan: "Rusiya S400 komplekslərinin alınmasında gözləntilərimizə cavab verdi" Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın La Stampa nəşrinə müsahibəsində Rusiya ilə S400 zenit-raket komplekslərinin (ZRK) çatdırılması üzrə razılaşmanı şərh edib.
Region
4 Fevral , 2018 19:55
Ərdoğan: Rusiya S400 komplekslərinin alınmasında gözləntilərimizə cavab verdi

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "La Stampa" nəşrinə müsahibəsində Rusiya ilə S400 zenit-raket komplekslərinin (ZRK) çatdırılması üzrə razılaşmanı şərh edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi qiymətlər və ZRK çatdırılmalarının müddətləri, eləcə də birgə istehsal və texnologiyaların ötürülməsinin qaydaya salınması kontekstində Ankaraya kömək edib.

"Suriya ərazisindən hücumlar Türkiyənin müdafiə potensialının gücləndirilməsi, xüsusən, Hava Hücumundan Müdafiə sistemində müasirləşdirməsinə zərurət yaratdı. Biz yaxın dövlətlə danışıqlar apardıq və qiymətlə yanaşı, texnologiyaların ötürülməsi məsələsini də müzakirə edirdik. Rusiya bizim gözləntilərimizə cavab verdi", - deyə Türkiyə lideri bildirib.

Bununla yanaşı, prezident qeyd edib ki, S400 üzrə NATO ilə hər hansı müqavilə bağlamaq yersizdir. Ərdoğan xatırladıb ki, indiyədək NATO üzvü olan digər dövlətin - Yunanıstanın silahlanmasında S300 kompleksləri əsas rol oynayır.

Dövlət başçısı deyib ki, Türkiyə gələcəkdə Hava Hücumundan Müdafiə üzrə kompleksləri xaricdən almamağı, istehsal etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi