Ərdoğan: “Rusiya hərbçilərinin PYD terrorçular ilə çəkdirdikləri fotoları Putinə təqdim etdim”

Ərdoğan: “Rusiya hərbçilərinin PYD terrorçular ilə çəkdirdikləri fotoları Putinə təqdim etdim” Türkiyə prezidenti: “Putin Suriyada kürd dövlətinin yaradılmasını müsbət qarşılamır”
Region
4 May , 2017 13:40
Ərdoğan: “Rusiya hərbçilərinin PYD terrorçular ilə çəkdirdikləri fotoları Putinə təqdim etdim”

Bakı. 4 may. REPORT.AZ/ “Rusiya hərbçilərinin PYD terrorçuları ilə birlikdə görüntülərini əks etdirən fotoları Vladimir Putinə təqdim etdim”. 

"Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi görüşün yekunları barədə jurnalistlərə açıqlamasında bildirib.

R.T.Ərdoğan V.Putinlə görüşdə terrorçu PKK qruplaşması və onun Suriyadakı qollarından biri olan PYD-nin fəaliyyətini müzakirə etdiyini söyləyib: “Vladimir Putin dedi ki, hərbçiləri belə bir prosesdə iştirak edə bilməzlər. Biz qəti olaraq, PYD və PKK-ya silah vermərik. Ancaq bu fotoları araşdıracağam. O, Suriyada kürd dövlətinin yaradılmasını da müsbət qarşılamadığını söylədi”.

Türkiyə prezidenti söyləyib ki, rusiyalı həmkarının mayın 22-də keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplatısına dəvət edib. V.Putin isə deyib ki, həmin yığıncaqda iştirak etməyə çalışacaq.  

Son xəbərlər

Orphus sistemi