Yuxarı

​Ərdoğan: "Roma papasını qınayıram və xəbərdarlıq edirəm"

Roma papasının son açıqlaması milyonlarla insanın ölümünə səbəb olan düşüncənin yenidən təzahüründən xəbər verir

Bakı. 14 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma papası I Fransiskin 1915-ci il hadisələrinə ermənisayaq yanaşmasını tənqid edib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Roma papası ciddi səhvə yol verib.

"I Fransiski qınayıram və xəbərdarlıq edirəm. Osmanlı İmperiyasında yaşamış bütün xalqların ümumi acısını "soyqırımı" kimi qiymətləndirmək təşəbbüsü ancaq təəssüf hissi doğura bilər", - deyən Türkiyə prezidenti Roma papasının bir müddət əvvəl Ankaraya səfər etdiyini xatırladıb.

"O zaman Papanı tamamilə fərqli prizmada tanımışdım. Onun din xadimliyini yox, siyasətçi kimliyini nəzərdə tuturam. Əfsuslar olsun ki, artıq fərqli bir sima ilə qarşı-qarşıyayıq", - Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Roma papasının son açıqlaması milyonlarla insanın ölümünə səbəb olan düşüncənin yenidən təzahüründən xəbər verir: "Mən tarixi hadisələrin ölkəmə qarşı yönəldilən kampaniyaya çevrilməsinə icazə verməyəcəyəm. Biz insanların acılarına əsaslanaraq siyasi dividend qazanmaq istəmirik. Tarixi hadisələr tarixçilərin işidir. Biz öz arxivlərimizi açmağa hazırıq. Ermənistan da açsın".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi