Ərdoğan Qərb dövlətlərini terrorçuları dəstəkləməkdə ittiham edib

Ərdoğan Qərb dövlətlərini terrorçuları dəstəkləməkdə ittiham edib "Onlar çox ciddi maliyyə dəstəyi alırlar"
Region
8 Oktyabr , 2017 17:53
Ərdoğan Qərb dövlətlərini terrorçuları dəstəkləməkdə ittiham edib
AFP

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qərb dövlətləri İŞİD və "Əl-Qaidə" terror qruplaşmalarını dəstəkləyirlər.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

"İŞİD, "Əl-Qaidə", PKK – bütün bu təşkilatların arxasında siz Qərbin kölgəsini görə bilərsiniz. Onların hamısı Qərbdə özünə sığınacaq tapır. FETÖ hardadır? O da Qərbdədir. Onlar çox ciddi maliyyə dəstəyi alırlar", — deyə prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi