Yuxarı

​Ərdoğan: "Partlayışı törədənlərin məqsədi cəmiyyətimizin təbəqələrini bir-birinə qarşı qoymaqdır"

Türkiyə prezidenti: İcraçıların ən qısa zamanda aşkarlanaraq, ədalətə təslim ediləcəyinə inanıram

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Ankarada xain partlayışı həyata keçirənlərin məqsədi cəmiyyətimizin müxtəlif təbəqələrini bir-birinə qarşı qoymaqdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada dəmiryol vağzalında törədilən terror aktına münasibət bildirərkən deyib.

"Daha öncə ölkəmizin müxtəlif yerlərində əsgərlərimizə, polislərimizə, kənd qoruyucularımıza, vəzifəli şəxslərə, adi vətəndaşlarımıza qarşı törədilən terror hadisələrilə bu gün Ankarada dəmiryol vağzalında mülki vətəndaşlarımıza qarşı gerçəkləşdirilən terror hücumu arasında heç bir fərq yoxdur. Bu məsələdə hamını məsuliyyətli davranmağa, diqqətli hərəkət etməyə, terrorun yanında deyil, qarşısında yer almağa dəvət edirəm. Dövlətimiz bütün qüvvələri ilə bu hadisəyə aydınlıq gətirməyə çalışacaq. İcraçıların ən qısa zamanda aşkarlanaraq, ədalətə təslim ediləcəyinə inanıram",- deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, bu gün Ankaranın Səhiyyə meydanında "Savaşın yerinə, Sülh, Əmək, Demokratiya" şüarı altında keçiriləcək mitinqdən öncə törədilən terror aktı nəticəsində 30 nəfər həyatını itirib, 126 nəfər yaralanıb.

Məlumata əsasən, terror aktını intiharçı-terrorçu törədib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi