​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib"

​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib" "Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq"
Region
12 Yanvar , 2016 15:57
​Ərdoğan: Partlayışı Suriyadan gələn şəxs törədib

Bakı. 12 yanvar. REPORT.AZ/ "İstanbulda Sultanahmet meydanında törədilən canlı bomba hücumunu Suriyadan olan bir nəfər törədib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O bu hadisəni terror adlandıraraq, törədilən partlayışı qınadığını vurğulayıb.

"Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Onların adları açıqlanacaq", - prezident bildirib.

Rəcəb Tayyib Ərdoğan Avropa dövlətləri, həmçinin Türkiyə də daxil olmaqla, terrorçuluğa qarşı birgə mübarizə aparmaq məcburiyyətinin yarandığını söyləyib: "Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq". 

Son xəbərlər

Orphus sistemi