Ərdoğan: "Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir"

Ərdoğan: "Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir" Bakı. 9 mart. REPORT.AZ/ “Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”.
Region
9 Mart , 2018 16:35
Ərdoğan: Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS

Bakı. 9 mart. REPORT.AZ/ “Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimi terror qruplar İslamı təhrif edirlər: "Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm. Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir".

R.T.Ərdoğan Türkiyədə dini təhsilin vəziyyətinə də toxunub: "Türkiyədə dini təhsilin və tədrisin sağlam təməl üzərində qurulmasına böyük ehtiyac var. Nazirliyimiz Diyanət İşləri Vəqfi dini təhsil sahəsində meydanı vaxtilə FETÖ kimi alçaqlara vermişdi. Bizə bundan yaxşı dərs ola bilərmi? FETÖ-nün ölkəmiz əleyhinə yönələn xain təcrübəsi bu sahədə yeni qayda-qanun yaratmaq baxımdan çox əhəmiyətlidir".

Son xəbərlər

Orphus sistemi