Yuxarı

​Ərdoğan: "Mən şəxsən Putinə bildirmişəm ki, Bayırbucaqda İŞİD yoxdur, yalnız Suriya türkmənləri var"

Buna baxmayaraq, Rusiya türkmənlərin yaşadığı bölgəyə zərbələr endirməkdədir

Bakı. 22 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Suriyanın şimalında türkmənlərin yaşadığını şəxsən bildirdiyini deyib.

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti bazar ertəsi Bursa şəhərində iş adamları qarşısında çıxışı zamanı vurğulayıb.

"Onlar (Rusiya - red.) bildirirlər ki, türkmənlər barədə onlara heç nə deyilməyib. Mən şəxsən Putinə bildirmişəm ki, Bayırbucaqda İŞİD yoxdur, yalnız Suriya türkmənləri var", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan, həmçinin qeyd edib ki, buna baxmayaraq, Rusiya türkmənlərin yaşadığı bölgəyə zərbələr endirməkdə davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi