Ərdoğan: Koalisiya hökümətinə ehtiyac var

Ərdoğan: Koalisiya hökümətinə ehtiyac var "Türkiyədə keçmişdəki problemləri müzakirə predmetinə çevirməyən, mövcud problemləri və gələcəyi inşa edən koalisiya hökümətinə ehtiyac var"
Region
11 İyul , 2015 01:03
Ərdoğan: Koalisiya hökümətinə ehtiyac var

Bakı. 11 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan koalisiya hökümətinin qurulması ideyasına müsbət yanaşdığını nümayiş etdirib.

"Report"un Hürriyet qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbul Universitetində çıxış edən dövlət başçısı bildirib ki, Türkiyədə "keçmişdəki problemləri müzakirə predmetinə çevirməyən, mövcud problemləri həll etməyə çalışan və gələcəyi inşa edən koalisiya hökümətinə ehtiyac var".

Ərdoğan onu da əlavə edib ki, "əyər siyasi partiyalar yeni hökümətin qurulmasına dair razılığa gəlməsə, vəziyyətdən çıxış yolunu yenə də xalq seçki məntəqələrində tapacaq".

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri keçirilib. Seçkidə 20 siyasi partiya iştirak edib. Səsvermə prosesində isə 53 milyon seçici iştirak edib.

Heç bir partiya tək başına höküməti quracaq mandat sayısına sahib deyil.

Son xəbərlər

Orphus sistemi