Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib

Ərdoğan "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qara və Mərmərə dənizləri birləşdirəcək Kanal İstanbul layihəsinin reallaşdırılmasına hazırdır.
Region
19 Avqust , 2018 05:04
Ərdoğan Kanal İstanbul layihəsinin reallaşdırılmasına hazır olduqlarını bildirib

Bakı. 19 avqust. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Qara və Mərmərə dənizləri birləşdirəcək "Kanal İstanbul" layihəsinin reallaşdırılmasına hazırdır.

"Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Bu, Türkiyə tarixində strateji əhəmiyyət kəsb edən ən mühüm layihədir. Biz onu həyata keçirməyə hazırıq", Ərdoğan bildirib. 

Onun sözlərinə görə, kanalın uzunluğu 43 km təşkil edəcək və onu ətrafında iki yeni şəhər salınacaq. Lakin Türkiyə prezidenti kanalın tikintisi ilə bağlı konkret müddət açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi