Yuxarı
    Bağlamaq

    Ərdoğan ilk dəfə “Twitter”i istifadə etdi

    Siqaretdən imtina günü ilə əlaqədar Ərdoğan öz mikrobloqunda şərh yazıb

    Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə “Twitter” sosial şəbəkəsindən istifadə edib.

    "Report" TRT-yə istinadla xəbər verir ki, "Siqaretdən imtina günü" ilə əlaqədar Ərdoğan öz mikrobloqu vasitəsi ilə "Siqaret fərdlərin sağlamlığını təhdid edən hiyləgər zəhərdir. Bu zəhərə sən yalnız öz iradənlə güc gələ bilərsən. Siqaretə təslim olma” çağırışını səsləndirib.

    Dünyada hər il təxminən 6 milyon insanın siqaret vərdişinə görə dünyasını dəyişdiyini qeyd edən Türkiyə prezidenti mesajına "600 min adam isə siqaret çəkmədiyi halda, yalnız tütünün tüstüsünün təsirindən ölür" sözlərini əlavə edib.

    Qeyd edək ki, Ərdoğanın “Twitter”dəki “RT_Erdogan” mikroblogunun artıq 6 milyona yaxın oxuyucusu var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi