​Ərdoğan: "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır" "

​Ərdoğan: "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır" " İraq yaxın iki gündə BMT-yə şikayət edəcəyini bildirib
Region
12 Dekabr , 2015 04:27
​Ərdoğan: İraqın Türkiyədən BMT-yə şikayət etməsi ədalətsiz addımdır

Bakı. 12 dekabr. REPORT.AZ/ "İraqın Türkiyədən BMT-yə şikayət etməsi "ədalətsiz addımdır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Onlar BMT-yə müraciət edə bilərlər, onların buna haqqı var, lakin bu "ədalətsiz addımdır" ", — deyə o bildirib.

İraq hakimiyyəti bəyan edib ki, Türkiyə kürd xalq dəstələrinə təlim keçmək adı altında İraqa 900 nəfərdən ibarət dəstə göndərib. Bağdad buna etirazını bildirsə də, Türkiyə qoşunlarını ölkə ərazisindən çıxarmayıb.

Bundan əvvəl Ərdoğan Türkiyənin təlimləri davam etdirmək niyyətində olduğunu bildirib.

Bununla əlaqədar olaraq İraq bəyan edib ki, yaxın iki gün ərzində Türkiyədən BMT-yə şikayət edəcək.

Son xəbərlər

Orphus sistemi