Ərdoğan: "Fətullah Gülənin verilməsi haqqında göndərdiyimiz sorğuya ABŞ-dan cavab gözləyirik"

Ərdoğan: "Fətullah Gülənin verilməsi haqqında göndərdiyimiz sorğuya ABŞ-dan cavab gözləyirik" Ədliyyə və Xarici İşlər Nazirliyi Gülənin verilməsi haqqında tələbləri ABŞ-a göndərib
Region
17 İyul , 2016 17:32
Ərdoğan: Fətullah Gülənin verilməsi haqqında göndərdiyimiz sorğuya ABŞ-dan cavab gözləyirik

Bakı. 17 iyul. REPORT. AZ/ "Türkiyə ABŞ-dan Ankarada hərbi çevrilişə cəhddə ittiham edilən Fətullah Gülənin verilməsi haqqında sorğuya cavab gözləyir".

"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, bunu hərbi çevriliş cəhdinin qurbanlarının dəfni mərasimlərinə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Gülənin tərəfdarları xərçəng virusu kimi dövlətin bütün orqanlarına giriblər.

"Biz bu haqda bilirdik, Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi Gülənin verilməsi haqqında tələbləri ABŞ-a göndərdi. Onların reaksiyasına baxaq", - deyə Türkiyə prezidenti əlavə edib.

Qeyd edək ki, Türkiyə rəhbərliyi hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin dayandığını bildirib. 

Son xəbərlər

Orphus sistemi