Yuxarı

Ərdoğan: "FETÖ və onun arxasında dayanan güclər Türkiyə-Rusiya münasibətlərinin pozulmasına çalışırdı"

Fətullahçı terror təşkilatının ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır

Bakı. 9 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatı (FETÖ) və onun arxasında dayanan güclər Türkiyə və Rusiya arasındakı əlaqələrin pozulmasına çalışıblar.

"Report" "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus iş adamlarına xitabən deyib.

"Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır" – deyə Ərdoğan bildirib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi