Yuxarı
    Bağlamaq

    Ərdoğan Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb

    O bildirib ki, Qətərə hərtərəfli dəstək göstərməyə davam edəcək© Courtesy İmage

    Bakı. 10 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin terrorçuluğu dəstəklədiyini görmədiyini və ona hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    "Bəziləri var ki, onlara bizimlə qətərli qardaşlarımızı dəstəkləmək, onları ərzaq ilə təmin etmək rahat deyil. Çox təəssüf edirəm, lakin biz Qətərə hər bir yardım göstərməkdə davam edəcəyik. Mən bu günə qədər Qətərin terrorizmi dəstəklədiyini görməmişəm", — deyə Ərdoğan bildirib.

    Türkiyə lideri Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi