Yuxarı

Ərdoğan: "Ermənistan enerjisini qondarma "erməni soyqırımı" məsələsinə sərf edir"

Ermənistan tarixi hadisələri birtərəfli şəkildə yozaraq məsələni siyasiləşdirir, yalnız öz dünyagörüşünü qəbul etdirməyə səy göstərir

Bakı. 6 yanvar. REPORT.AZ/ Ermənistan Türkiyənin bu ölkə ilə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi bütün iradəyə baxmayaraq, enerjisini qondarma "erməni soyqırımı" məsələsinə sərf edir.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında bu ölkənin xarici dövlətlərdəki səfirlərinin şərəfinə təşkil etdiyi naharda çıxışı zamanı bildirib.

O deyib ki, 2015-ci il 1915-ci il hadisələrinin də yüzüncü ildönümüdür: "Bu məsələ də tez-tez gündəmə gələcək. 2015-ci il yalnız ildönümü tədbirləri deyil, müəyyən hadisələrin daha yaxşı müzakirəsi və başa düşülməsi üçün də fürsətdir. Biz bütün vasitələrlə həqiqətlərin başa düşülməsi, tarixin düzgün mənimsənilməsi üçün bu il və sonra səy göstərəcəyik".

Ərdoğan vurğulayıb ki, Ermənistan tarixi hadisələri birtərəfli şəkildə yozaraq məsələni siyasiləşdirir, yalnız öz dünyagörüşünü qəbul etdirməyə səy göstərir: "Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi müvafiq qurumlarımızla koordinasiyalı şəkildə işlər görür. İnanıram ki, bu il ərzində istər Türkiyə XİN, istərsə də bütün əlaqədar təşkilatlarımız koordinasiyalı şəkildə son dərəcə aktiv fəaliyyət göstərməklə bu iddiaların öhdəsindən gələ biləcəklər". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi