Yuxarı
    Bağlamaq

    Ərdoğan: "Əlcəzairdə 5 milyon insanı qətlə yetirənlər indi bizə dərs keçirlər"

    © REUTERS/ Brendan McDermid — Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

    Bakı. 16 aprel. REPORT.AZ/ “Bu gün yüzdən çox ölkədən 250 müsəlman lider, təmsilçi, akademik və yazar qonağımızdır”.

    “Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqlarının toplantısında bildirib.

    O, Qərb ölkələrini ikili standartlarda və ayrı-seçkilikdə ittiham edib: “Siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirmisiniz. İndi gəlib bizə dərs keçirsiniz? Qərb dünyası İslam üzərindən öz həyat tərzini başqalarına qəbul etdirməyə çalışır. Terrorçu qruplaşmalar da həmin layihələrdən biridir. Almaniya, Hollandiya, Belçika və Fransa irqçilərin məskənidir. Fransada başı örtülü qadınlara hücum edilir. Fransa qaraçıları ölkədən qovdu. Avropa İttifaqının qanunlarında bununla bağlı bir maddə varmı? Ancaq biz qaraçılarla bir yerdə yaşayırıq. Mən onların içində yaşadım. Bələdiyyə başçısı, millət vəkili, baş nazir və prezident oldum”. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi