​Ərdoğan Efiyopiyada da Gülən məktəblərindən danışıb

​Ərdoğan Efiyopiyada da Gülən məktəblərindən danışıb Türkiyənin prezidenti: "Təhsil Nazirliyi bu məsələ ilə bağlı işlərini yekunlaşdırmaq üzrədir"
Region
22 Yanvar , 2015 19:51
​Ərdoğan Efiyopiyada da Gülən məktəblərindən danışıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Efiyopiyaya rəsmi səfər edib.

"Report" "CNNTürk"ə istinadən xəbər verir ki, o, Efiyopiyada da "paralel quruluşlar"dan danışıb.

"Hökumətin bütün üzvləri, istər baş nazir, istərsə də özüm getdiyim ölkələrdə bu məsələləri, həmin məktəblərin bağlanmasını (Fətullah Gülən məktəblərini nəzərdə tutur  - S.İ. ) və həmin yerlərdəki xidməti Türkiyə Milli Təhsil Nazirliyi vasitəsilə göstərə biləcəyimizi söyləyirik. Təhsil Nazirliyimiz bu məsələ ilə bağlı işlərini yekunlaşdırmaq üzrədir", - R.T.Ərdoğan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi