Yuxarı

Ərdoğan: "Dilimiz yeni bir təhdidin təsiri altındadır"

Ərdoğan: "Dilimiz yeni bir təhdidin təsiri altındadır"
© REUTERS/Umit Bektas — Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Bakı. 15 mart. REPORT.AZ/ “Dil inqilabı adı altında dilimiz dadsız, duzsuz, rəngsiz bir hala gətirilərək öz kökündən qoparılıb”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə "Şeir və Hekayə" müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

“Osmanlı türkcəsinin məktəblərdə tədris edilməsini əhəmiyyətli sayıram. Dilimiz yeni bir təhdidin təsiri altındadır. Burada hər kəsin üzərinə əhəmiyyətli vəzifə düşür. Türk dilini Mehmet Ərsoy, Nəcib Fazil Qısakürək, Azərbaycanda Bəxtiyar Vahabzadə, İranda Şəhriyar qorumuşlar. Tabletlərdə, yazışmalarda xarici kəlmələrdən istifadə edilməsi bütün sərhədləri aşıb. Əslində bizim damarımız kəsilib. Bir millətin dil nöqtəsində bu damarı kəsdiyiniz anda ulu babası ilə arasındakı bağları kəsmiş olursuz”, - deyə Türkiyə prezidenti bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi