Yuxarı
    Bağlamaq

    ​Ərdoğan: "Bu şəraitdə Putinlə əlaqə yaratmağımın mənası yoxdur"

    Türkiyə prezidenti: Rusların bunları itirməsinə səbəb olacaq addımlar atacağından üzülürük

    Bakı. 8 oktyabr. REPORT.AZ/ "Bu şəraitdə mənim Putinlə danışmağımın bir mənası yoxdur ".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyaya səfəri zamanı jurnalistlərin "Gərginliyin qızğın döyüşə keçmə ehtimalı varmı? Putinlə görüşəcəksinizmi" sullarına cavabında deyib.

    Türkiyə prezidenti qeyd edib ki, Rusiyanın belə bir iş görəcəyini ehtimal etmir: "NATO Şurasının təcili olaraq, növbədənkənar toplantı keçirməsi də işin ciddiyyətinin göstəricisidir. Moskvada Qurban bayramı ərəfəsində onunla uzun-uzadı danışdıq. Ondan sonra nələr olduğunu bilirsiz. Suriyada hava əməliyyatları başlayandan sonra telefonla danışdım. Bunun ardınca hava sərhədimiz pozuldu. Bu şərtlərdə onunla danışmağımın mənası yoxdur".

    Baş verənlərin Mersində tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının tikintisi, təbii qaz layihələrinə təsir ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib ki, bu birtərəfli məsələ deyil: "Bunları eyni zamanda Rusiyanın da düşünməsi lazımdır. Akkuyunu Rusiya tikməzsə başqa birisi edər. Bu layihəyə artıq 3 milyard dollarlıq sərmayə də qoyublar.

    R.T.Ərdoğan bildirib ki, Türkiyə Rusiyanın təbii qazının bir nömrəli istehlakçısıdır: "Ehtiyac olsa Türkiyə təbii qazı müxtəlif yollardan da ala bilər. Nəhayət, bütün bu məsələlərlə bağlı Rusiyanın yaxşı düşünməsi lazımdır. Türkiyə-Rusiya Yüksək Əməkdaşlıq Şurası var. Belə bir mexanizmi itirmək hər halda Rusiya baxımından yanlış olar. Biz də təbii olaraq, bunları itirmək istəməzdik. Ona görə də rusların bunları itirməsinə səbəb olacaq addımlar atacağından üzülürük. Belə hadisələrdə hissiyyata qapılmamalıyıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi