​Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərini seçməyi təklif edib

​Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərini seçməyi təklif edib Türkiyə prezidenti yenidən TŞ-nin fəaliyyətini tənqid edib
Region
1 İyun , 2016 22:59
​Ərdoğan BMT Təhlükəsizlik Şurası daimi üzvlərini seçməyi təklif edib

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edib və qurumun daimi üzvlərini müəyyən müddətə seçməyi təklif edib.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu barədə o, Uqandaya səfəri çərçivəsində bu ölkənin Entebbe şəhərindəki Makerere Universitetində çıxışı zamanı bəyan edib.

"Dünya bəşəriyyətin taleyini həll edən BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən daha böyükdür. Onların sırasında bir dənə Afrika dövləti yoxdur, bir müsəlman dövləti yoxdur. Qitələr arasında belə qeyri-bərabərlik ədalət prinsiplərinə ziddir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də (qeyri-daimilər kimi) müəyyən müddətə seçilməlidir", — deyə Ərdoğan söyləyib.

Son xəbərlər

Orphus sistemi