Yuxarı

​Ərdoğan: Biz hərbi arxivləri də açmağa hazırıq

Türkiyə prezidenti Sülh sammitində çıxış edib

Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində İstanbulun Konqres Mərkəzində təşkil olunmuş Sülh sammitində çıxış edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, çıxışı zamanı qeyd edib ki, ermənilər tərəfindən 1915-ci il hadisələri ilə bağlı qeyd edilən rəqəmlərlə yanaşı irəli sürülən bütün iddialar əsassız və uydurmadır.

"Mən Avropa İttifaqına müraciət etmək istəyirəm. Bizə Türkiyənin arxivlərini açmağı tövsiyə edirlər. Buradan cavab verirəm: Ey Avropa İttifaqı, mən 12 il baş nazir işləmişəm. Bir ilə yaxındır prezidentəm. Çıxış etdiyim hər bir beynəlxalq konfransda, ölkə daxilində keçirilən hər bir iclasda bəyan etdim ki, biz öz arxivlərimizi açmağa hazırıq və həmişə qeyd etmişəm ki, orada milyona yaxın sənəd və arayış var. Və deyirəm: Əgər Ermənistanın arxivlərində nəsə varsa, qoy onlar da açsınlar. Əgər üçüncü bir ölkədə varsa, onlar da açsınlar. Hətta bir az da irəli gedərək deyirəm ki, biz, həmçinin hərbi arxivlərimizi də açmağa hazırıq", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, "əmin-amanlıq, sabitlik və rifahın bütün dünyaya hakim olması üçün birgə hərəkət etməyimiz, artıq bir seçim olmaqdan çıxıb, zərurətə çevrilib. Ölkələrin və beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Bizim BMT-nin mexanizmi və quruluşuna qarşı tənqidlərimizin arxasında məhz bu prinsiplər durur. Ona görə mən "dünya beşdən böyükdür" deyirəm".

Türkiyə prezidenti qeyd edib ki, "biz yaşanan heç bir ağrını yox saymadığımız kimi, acıların müqayisə edilməsinə də razı olmarıq".

Ərdoğan bildirib ki, Balkanlardan və Qafqazdan, həmçinin region dövlətlərindən Türkiyəyə miqrasiya zamanı ölən 4 minlyondan çox müsəlman üçün nə qədər kədərlənmişiksə, həyatlarını itirən ermənilər üçün də o dərəcə üzülürük"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi