Ərdoğan: “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq çıxmağa başlayıb”

Ərdoğan: “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq çıxmağa başlayıb” Bakı. 3 sentyabr. REPORT.AZ/ “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq çıxmağa başlayıb”.
Region
3 Sentyabr , 2018 11:47
Ərdoğan: “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq çıxmağa başlayıb”

Bakı. 3 sentyabr. REPORT.AZ/ “Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq çıxmağa başlayıb”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışında bildirib.

O, milli valyutalarla ticarət edilməsi təklifini irəli sürüb.

“Qafqaz və Orta Asiyadan Çinə qədər uzanan Xəzərdən keçməklə Şərq-Qərb dəhlizinə böyük əhəmiyyət veririk. Bunun ən əhəmiyyətli dayağı Azərbaycanla birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmiryol layihəsidir. Beləliklə, Qərbi Avropadan çıxan qatar fasiləsiz olaraq Xəzər sahillərinə, oradan da Aktau limanını keçərək Şanxaya və Seula yetişəcək”, - Türkiyə Prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının BMT yanında müşahidəçi statusu qazanmaq istəklərinin olduğunu da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi