Yuxarı

Ərdoğan:"Avropa Birliyi Türkiyəyə demokratiya dərsi verə bilməz"

Türkiyəyə barmaq silkələyənlər bilməlidirlər ki, köhnə Türkiyə artıq yoxdur

Bakı. 17 dekabr. REPORT.AZ/Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, Avropa Birliyi Türkiyəyə demokratiya dərsi verə bilməz, lazım gəlsə, belə demokratiya dərsini Türkiyə Avropa Birliyinin özünə verə bilər.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, Konya şəhərində çıxış edən prezident bildirib ki, Avropa Birliyi Türkiyənin üzvlüyə qəbul edir-etsin,etmir-etməsin,ancaq Türkiyə "qapıçı" olmayacaq.

Ərdoğan deyib ki, Misirdə, Suriyada elədikləri ilə bağlı Avropa Birliyi əvvəlcə özünə güzgüdə baxsın.

Ərdoğan vurgulayıb ki, Türkiyəyə barmaq silkələyənlər bilməlidirlər ki, köhnə Türkiyə artıq yoxdur.

Xatırladaq ki, Türkiyədə həftəsonu jurnalistlərin həbsindən sonra Avropa Birliyi Türkiyəni tənqid etmişdi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi