Ərdoğan: “Almaniya ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”

Ərdoğan: “Almaniya ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər” Türkiyə prezidenti: “Almaniya seçkilərə qədər bu şəkildə gedər”
Region
23 Avqust , 2017 13:11
Ərdoğan: “Almaniya ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”

Bakı. 23 avqust. REPORT.AZ/ “Almaniya seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya səfərindən Ankaraya dönərkən jurnalistlərə bildirib.

Türkiyə prezidenti Almaniya ilə ölkəsi arasındakı mövcud böhrana toxunaraq deyib: “Bu qədər hücum edirlərsə, deməli, yaxşı işlər görürük. Biz isə yaxşı işlər görərək, yaxşı nəticələr də alacağıq. Almaniya seçkilərə qədər bu şəkildə gedər. Seçkilərdən sonra ya Türkiyə ilə yenidən gözəl işlər görmək yolunu axtarar, ya da 2019-cu il gözləyər”.

Xatırladaq ki, bu il sentyabrın 24-də Almaniyada, 2019-cu ilin oktyabrında isə Türkiyədə parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi