Yuxarı

​Ərdoğan: "ABŞ Türkiyə ilə kürdlər arasında seçim etməlidir"

Sizin tərəfdaşınız kimdir - biz, yoxsa Kobanidən olan o terrorçular?

Bakı. 7 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Ankara ilə Suriya kürdlərinin Demokratik İttifaq Partiyası arasında seçim qarşısında qoyub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin Amerika prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerkin Suriya Kürdistanına səfərindən bir həftə sonra edilən bəyanatında bildirilir.

"Biz sizə necə etibar edə bilərik? Sizin tərəfdaşınız kimdir - biz, yoxsa Kobanidən olan o terrorçular?", - deyə Ərdoğan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi