Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım saymıram"

Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım saymıram" Türkiyə İrandan 10 milyard kubmetr qaz alır
Region
6 Noyabr , 2018 15:20
Ərdoğan: ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım saymıram

Bakı. 6 noyabr. REPORT.AZ/ Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım hesab etmir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

"Sanksiyaların doğru olduğunu düşünmürük. Bu, dünyada balansı pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir. Biz imperializm dünyasında yaşamaq istəmirik", - o deyib.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi