Yuxarı

Ərdoğan ABŞ-ın Fətullah Güləni ekstradisiya edəcəyinə ümid bəsləyir

Vaşinqton və Ankaranın cinayətkarların təhvil verilməsinə dair qarşılıqlı sazişi var

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, ABŞ cinayətkarların təhvil verilməsinə dair razılaşmaya əsasən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və Ankaranın Türkiyədə çevriliş cəhdində ittiham etdiyi müxalifətçi Fətullah Gülənin ekstradisiyasına razılıq verəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə lideri Amerikanın CNN telekanalına müsahibəsində bildirib.

Ərdoğan xatırladıb ki, Vaşinqton və Ankaranın "cinayətkarların təhvil verilməsinə dair qarşılıqlı sazişi var".

"Nə zaman siz kiminsə ekstradisiyasını istəyirsiz, mən yerinə yetirirəm, axı siz mənim strateji tərəfdaşımsınız. Mən bu prinsipləri rəhbər tuturam, lakin siz yox, əlbəttə belə şeylərdə qarşılıqlılıq olmalıdır", - deyə o bildirib.

Ötən bazar ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Vaşinqton Güləni Türkiyəyə kifayət qədər əsaslar olacağı təqdirdə təhvil verə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi