Ərdoğan ABŞ-ı Türkiyəni nüfuzdan salmağa cəhddə ittiham edib

Ərdoğan ABŞ-ı Türkiyəni nüfuzdan salmağa cəhddə ittiham edib "Onlar (ABŞ) bizi cəzalandırmaq, mühakimə etmək və nüfuzdan salmaq istəyirlər"
Region
4 Dekabr , 2017 02:52
Ərdoğan ABŞ-ı Türkiyəni nüfuzdan salmağa cəhddə ittiham edib

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ Türkiyəni nüfuzdan salmaq istəyir, çünki o, Vaşinqtonun yazdığı ssenariyə tabe olmur.

“Report” yerli NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim "Ədalət və İnkişaf Partiyası"nın fəalları qarşısında çıxışı zamanı deyib.

"Onlar (ABŞ) bizi cəzalandırmaq, mühakimə etmək və nüfuzdan salmaq istəyirlər, çünki biz ölkəmizdəki həmmüəlliflərin köməkliyi ilə həyata keçirilən və aşkar olan ssenariyə əməl etmirik", — deyə RİA "Novosti" onun sözlərini sitat gətirib.

Ərdoğan bildirib ki, Vaşinqton bunu FETÖ terror təşkilatı ilə birgə PKK-nı dəstəkləyərək edir.

"Ünvanmıza olan həmlə, yalan və böhtan axını ölkəni diz çökdürmək və cəmiyyətdə təfriqə salmağa yönəlmiş bir ssenarinin hissəsidir. Bütun bu cəhdlər uğursuzluqla nəticələnəcək", — deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi