​Ərdoğan ABŞ-ı Suriya kürdlərini dəstəklədiyinə görə tənqid edib

​Ərdoğan ABŞ-ı Suriya kürdlərini dəstəklədiyinə görə tənqid edib "Siz bizim tərəfdəsiz, yoxsa terrorçuların? Bu nə tərəfdaşlıqdır?"
Region
10 Fevral , 2016 22:06
​Ərdoğan ABŞ-ı Suriya kürdlərini dəstəklədiyinə görə tənqid edib

Bakı. 10 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü ABŞ-ı regionu "qan gölünə" çevirməkdə ittiham edib və bunun səbəbini Vaşinqtonun Suriyanın əsas kürd təşkilatlarını terror qurumları kimi tanımaqdan imtina etməsində görüb.

"Report" xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.

"Siz bizi nə "Kürd Fəhlə Partiyası"nı, nə "Demokratik İttifaq"ı (PYD), nə də "Xalq Özünümüdafiə Dəstələri"ni (YPG) tanımağa məcbur edə bilməzsiniz. Biz bu təşkilatları yaxşı tanıyırıq, necə ki İŞİD-i tanıyırıq. Sizin onları heç vaxt terrorçu kimi tanımamağınız səbəbindəndir ki, region qan gölünə çevrilib", - deyə "Hurriyet" Türkiyə liderinin sözlərini sitat gətirib.

"Siz bizim tərəfdəsiz, yoxsa terrorçuların? Bu nə tərəfdaşlıqdır?" Bu bizə birbaşa olaraq heç nə demir, bizim arxamızdan isə hansısa faktlara məhəl qoymamaq niyyətləri bəyan edilir", - deyə Ərdoğan diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi