Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə kampaniyasına ianə etdi

Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə kampaniyasına ianə etdi Türkiyə COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstərir.
Region
31 Mart , 2020 01:33
Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizə kampaniyasına ianə etdi

Türkiyə COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstərir.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ətrafında yaranan vəziyyətlə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, yaxın günlərdə İtaliyaya və İspaniyaya lazımi tibbi materiallarla dolu təyyarələr göndəriləcək.

"Türkiyə nə qədər güclü olsa, dostlarına bir o qədər kömək edə bilər", - dövlət başçısı vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Türkiyədə xəstəliyin yayılmasına qarşı ehtiyat tədbirləri mərhələlərlə qəbul edilir. Türkiyə virusla mübarizə aparan başqa ölkələrlə müqayisədə daha çox tibbi müəssisələrə malikdir.

O həmçinin əlavə edib ki, epidemiyaya qarşı mübarizə çərçivəsində ölkədə "Biz bize yeteriz Türkiye" adlı kampaniya başlayıb.

Rəcəb Tayyib Ərdoğan özünün yeddi aylıq maaşını xəstəliyin yayılmasına qarşı mübarizə kampaniyasına ianə edib. 

Son xəbərlər

Orphus sistemi