Yuxarı
    Bağlamaq

    Ərdoğan: "7 600 terrorçu zərərsizləşdirilib"

    Türkiyə müdafiə sənayesinin xaricdən asılılığı 40 faizə qədər enib

    Bakı. 18 iyun. REPORT.AZ/ "Türkiyə müdafiə sənayesinin təxminən 80 faizi xaricdən asılı idi, inidi bu rəqəm 40 faizə qədər enib".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Tərsanə komandanlığında Burgazada gəmisinin dənizə yola salınması mərasimində deyib.

    "2009-cu ildə fərqli adlar adı altında həyata keçirdiyimiz islahatlara terror qruplaşmasının (terrorçu PKK qruplaşmasını nəzərdə tutur- "Report") problem yaratdığı təsdiqləndi. Son illər terror qruplaşmasına qarşı keçirilən əməliyyatlar nəticəsində 7 600-dən çox terrorçu zərərsizləşdirilib", - deyə, o bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi