Yuxarı

​Ərdəbilin 10 xalça naxışı beynəlxalq qeydiyyata alınıb

Hazırda əyalətdə xalçaçılıq sahəsində 33 min nəfər çalışır

Bakı. 12 may. REPORT.AZ/ Ərdəbil bölgəsinə aid 10 xalça naxışı dünyanın mədəni irsi kimi beynəlxalq qeydiyyata alınıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Ərdəbil əyaləti sənaye, mədən və ticarət təşkilatının sədri Seyid Hamid Amili bildirib.

Onun sözlərinə görə, hazırda əyalətdə xalçaçılıq sahəsində 33 min nəfər çalışır: "İl ərzində Ərdəbildə yüz min kv. metr xalça toxunur. Bu xalçaların müəyyən hissəsi yerli, çoxu xarici dövlətlərin bazarına çıxarılır. Ərdəbilin əllə toxunan xalçalarındakı özəl 10 naxış bölgənin sənət adamlarının mənəvi və mədəni sərmayəsi olaraq beynəlxalq səviyyədə yerini əks etdirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi