Ermənistanda hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirirlər - VİDEO

Ermənistanda hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirirlər - VİDEO Təhsil kompleksində gərgin vəziyyət yaranıb
Region
28 Noyabr , 2016 14:12
Ermənistanda hərbi təhsil kompleksinin tələbələri etiraz aksiyası keçirirlər - VİDEO

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər tezdən Ermənistanın Kotayk rayonunun Kanakeravan kəndinin inzibati ərazisində yerləşən “Pokr Mher” (kiçik Mher) hərbi təhsil kompleksində gərgin vəziyyət yaranıb.

“Report”un xəbərinə görə, bu barədə news.am məlumat yayıb.

Məlumata görə, təhsil kompleksinin bütün tələbələri etiraz məqsədilə “Pokr Mher”in meydançasında nizami yürüş keçirərək məktəb rəisinin istefasını tələb edirlər.

Aksiyaçılar bildiriblər ki, bir ay əvvəl məktəbə rəis təyin olunan Vahaqn Yağmuryan onlara qarşı kobud davranır, ünvanlarına nalayiq sözlər deyir.

Məktəb rəisi isə təcili növbədənkənar valideyn iclası keçirəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi