Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”

Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır” Bu, hər iki ölkənin bir-birinə yüksək inamından və aralarındakı qədim dostluqdan irəli gəlir
Region
26 May , 2017 03:10
Elmar Vəliyev: “Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır”
Report.az

Gəncə. 26 may. REPORT.AZ/ Gürcüstana ən çox sərmayə yatıran ölkə Azərbaycandır.

"Report"un Qərb bürosunun məlumatına görə, bu fikirləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Gürcüstanın Müstəqillik Günü münasibəti ilə Gəncə şəhərində keçirilən tədbirdə çıxış edən icra başçısı qeyd edib ki, iki ölkə arasında olan iqtisadi əməkdaşlıq hər iki dövlət üçün əhəmiyət kəsb edir. Bu, hər iki ölkənin bir-birinə yüksək inamından və aralarındakı qədim dostluqdan irəli gəlir.

E.Vəliyev onu da bildirib ki, regional əhəmiyyətli layihələr gələcəkdə ölkələr arasında münasibətləri daha da möhkəmləndirəcək.

Son xəbərlər

Orphus sistemi