Yuxarı
    Bağlamaq

    Əli Laricani yenidən İran parlamentinin sədri seçilib

    Səsvermə zamanı onun rəqibi olmayıb

    Bakı. 31 may. REPORT.AZ/ Əli Laricani yenidən İran parlamentinin sədri seçilib.

    “Report” İran KİV-inə istinadən xəbər verir ki, o, ölkənin dini-ideoloji mərkəzi sayılan Qum şəhərinin deputatıdır.

    İnformasiyaya əsasən, Ə.Laricani parlament sədrliyinə tək namizəd olub. O, səsvermədə iştirak edən 268 deputatdan 204-ünün səsini qazanıb. 64 səs isə etibarsız sayılıb.

    Məlumata görə, hakimiyyətdaxili islahatçı xəttin nümayəndəsi, parlamentdə Təbrizi təmsil eədn deputat Məsud Pezeşkian və mühafizəkar xəttin təmsilçisi, Tehrandan olan deputat Əli Mütəhhəri yenidən parlament sədrinin müavinləri seçiliblər.

    Xatırladaq ki, Əli Laricani daha 2 il parlamentə sədrlik edəcək. O, 2008-ci ildən parlamenti sədridir. İranda sonuncu parlament seçkiləri 2016-cı il fevralın 26-da keçirilib. Qeyd edək ki, İran məclisinin 290 üzvü var. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi