Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyənin şərqindəki Van əyalətində qatarın hərəkət etdiyi yolda mina partladılıb.
"Report" "HaberTurk"ə istinadən xəbər verir ki, partlayış nəticəsində qatarın maşinisti xəsarət alıb, vaqonlara və dəmiryolu xəttinə ziyan dəyib.
Qeyd olunur ki, qatarda 17 iranlı dəmiryolçu da daxil olmaqla, 20 nəfər olub.
Hazırda qatarın və dəmiryolu xəttinin təmiri aparılır. Təhlükəsizlik qüvvələri partlayışı törədən şəxslərin aşkarlanaraq həbs olunması istiqamətində tədbirlər həyata keçirir.